Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple Watch smart cihaz bazarının yarısından çoxuna sahib olub

Apple Watch smart cihaz bazarının yarısından çoxuna sahib olub

Tarix: 12 May 2020 21:48

Cənubi Koreya nəhəngi Samsung ikinci olub.

Pandemiyaya baxmayaraq, bu ilin birinci rübündə smart saat bazarı 20,2% artıb. Cari ilin ilk üç ayında 13,7 milyon "ağıllı" saat satışa çıxarılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Strategy Analytics şirkətinin məlumatında deyilir.

Məlumata görə, bazarın lideri Apple şirkəti olub. Kompaniya smart saat istehsalını 22,6% artıraraq, satışa 7,6 milyon cihaz çıxardıb. Bununla da, Apple smart saat bazarında 55,5% paya sahib olub.

İkinci yerdə satışını 11,8% artıran Samsung şirkəti gəlir. Cənubi Koreya nəhəngi bazara 1,9 milyon smart saat çıxarıb. Üçüncü yerdə isə Garmin şirkəti gəlir. Sözügedən şirkət ilk üç ayda 1,1 milyon cihaz istehsal edib.

Strategy Analytics şirkətinin mütəxəssisləri hesab edirlər ki, smart saat bazarı bu ilin birinci rübündə göstərdiyi nəticəni ikinci rübdə göstərə bilməyəcək. Onların fikrincə, pandemiya bu bazara da növbəti aylarda mənfi təsirini göstərəcək.


Etiketlər:  Apple Watch smart cihaz bazarının yarısından çoxuna sahib olub


RƏYLƏR