Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 10:44
Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor" realiti-şousunda kifayət qədər SMS toplamayıb, müsabiqəni tərk edən həmyerlimiz, "Kobra" ləqəbi ilə tanınan kikboksinq üzrə altıqat dünya çempionumuz Pərviz Abdullayev sabah Bakıya qayıdır.
Sonxeber.net xəbər verir ki, bunu P.Abdullayev oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.
Hazırda Dominikan Respublikasında olan idmançı özünü yaxşı hiss etdiyini söyləyib:
"Dörd saatdan sonra Dominikandan təyyarə ilə İstanbul şəhərinə gələcəyəm. Oradan da mayın 14-də xüsusi çarter reysi ilə Bakıya qayıdacağam. İstanbulda karantində qalmayacağam. Amma bəlli deyil, Bakıya gələndən sonra karantində qalacağam, ya yox. Bu barədə məlumatım yoxdur.
Özümü yaxşı hiss edirəm. Dominikanda koronavirusa yoluxanlar kifayət qədərdir. Burada da bütün iaşə obyektləri, əyləncə mərkəzləri, hətta aeroport bağlıdır. Hamı evdə oturur. "Acun Media"nın bütün işçiləri və "Survivor" iştirakçıları ilə birlikdə hoteldə qalırıq və küçəyə çıxmırıq. Çalışırıq, qayda-qanuna əməl edək".
Qeyd edək ki, kikboksinq üzrə dünya çempionumuz Pərviz Abdullayev "Survivor" realiti-şousunun "Məşhurlar" komandasının tərkibində yarışıb.