Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 17:22
Bakı. Mətanət Nəsibova - Trend:
Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir.
Trend-in məlumatına görə, bunu “Thomson Reuters” agentliyinin analitiki Qleb Qorodyankin SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
O bildirib ki, Xəzər regionundan dünya bazarlarına neft tədarükü dörd əsas risk amili ilə üzləşir:
“Birincisi, bu, alternativ növ və həcmdə neftlə rəqabət, ikincisi, boru kəmərlərinin yüklənməsinin azalması, üçüncüsü, iqtisadi və siyasi xarakterli dəyişikliklər və dördüncüsü, arbitraj tədarüklərinin dəyişməsidir”.
Analitikin sözlərinə görə, enerji bazarının siyasiləşməsi istehsalçı ölkələr arasında sərt rəqabətə gətirib çıxarır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin