Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Abdullayeva: Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var

Leyla Abdullayeva: Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var

Tarix: 13 May 2020 17:48

Bu gün ən vacib məsələlərdən biri xaricdə qalan vətəndaşlarımızın geri qayıtmasıdır. Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, beynəlxalq uçuşların dayandırıldığı halda Azərbaycan xüsusi çarter reysi ilə vətəndaşlarımızın təxliyəsini davam etdirilir:

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə xaricdə yaşayan vətəndaşların ölkəmizə təxliyəsi davam etdirilir. Bunun üçün Xarici İşlər Nazirliyi tərkibində Operativ Qərargah yaradılıb. İlkin mərhələdə səfirlik və diplomatik nümayəndələr tərəfindən operativ məlumatlar nazirliyə daxil olub. İndiyə qədər 20 minə yaxın vətəndaşımız ölkəyə qaytarılıb. XİN-ə xaricdə yaşayan vətəndaşlar və onların qohumları tərəfindən zənglər edilir. May ayının 1-dən bu günə qədər nazirliyə 664 telefon zəngi daxil olub və zənglər davam etməkdədir. Həm XİN-ə, həm də diplomatik korpuslara zənglər gəlir. Vətəndaşlara müraciətimiz ondan ibarətdir ki, mümkün qədər yaşadıqları ölkədə qalsınlar və ölkənin karantin qaydalarına uyğun fəaliyyətlərini davam etdirsinlər".

L.Abdullayeva bildirib ki, təxliyə olunanlar sırasında xüsusən yaşlı qadınlar, azyaşlılar və səhhətində problem olanlar nəzarətdə saxlanılır:

"60-a yaxın ölkədə Azərbaycan vətəndaşları var və onlar ölkəyə qayıtmaq istəyirlər. Rusiya, Türkiyə və Avropa ölkələri ilə yanaşı, Çilidə 1 vətəndaş, Cənubi Afrika və digər uzaq ölkələrdə vətəndaşlarımız var ki, onların da zəngləri nəzarətdədir. Həmin vətəndaşların ölkəyə qaytarılması üzərində iş aparılır. Həmçinin XİN-in tərkibində Diplomatiya könüllüləri qrupumuz var. Onlar "evdə qal" aksiyası keçirirlər. Bu gün onlar sosial şəbəkələrdə fəal təbliğat aparırlar və vətəndaşların evdə qalması.həmçinin məşğuliyyəti üçün onlayn mühazirələr keçirirlər".


Etiketlər:  Leyla Abdullayeva Hazırda yaxın ölkədə Azərbaycana geri dönmək istəyən həmyerlilərimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ