Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur

Tarix: 13 May 2020 22:06

Bakı. Trend:

Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapıb.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar.

"Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir!"


Etiketlər:  Vəkillərin arayış olmadan istintaq təcridxanalarına girişi bərpa olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ