Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 14:04
Bakı. Trend:
Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.
Trend-in məlumatına görə, bu barədə hökumətin iclası zamanı qərar verilib.
Yeni qərara əsasən, fövqəladə vəziyyət iyunun 13-ü saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, Ermənistanda bir aylıq fövqəladə vəziyyət martın 16-da elan olunub,daha sonra aprelin 14-dək uzadılıb.
Bu günədək 3 860 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb.