Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi

“Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi

Tarix: 7 Iyun 2019 14:00

Bakı. Trend:

İyirmi ildən artıqdır ki, “Kaspersky Lab” dünyanı kibertəhlükələrdən qoruyur, istehlakçılara ən yaxşı müdafiə həllərini təqdim edir. Lakin, qloballaşma və rəqəmsallaşma dünyanı dəyişib və biz artıq antivirus laboratoriyası deyilik. Biz, əsasında qabaqcıl yeniliklər, çoxillik təcrübə və kibertəhlükələrin yüksək səviyyəli təhlili duran, geniş innovasiyalı portfeli və xidmətləri olan qlobal texnoloji liderə çevrilmişik.

Bizim rebrendinq bu dəyişiklikləri özündə əks etdirir. "Biz təhlükəsiz dünya qururuq" - yeni loqo və yeni missiya gələcəyi daha etibarlı və şəffaf etmək arzusunu vurğulayır. Bu texnologiyalar hər kəs üçün sonsuz imkanlar açır, çünki biz onların qorunmasını təmin etmişik.

Rebrendinq - biznes strategiyamızın dar kibertəhlükəsizlik sahəsindən başlayaraq geniş konsepsiyalı "kiberimmunitetin" qurulmasına qədər təkamülün məntiqi mərhələsidir. Müasir dünyada texnologiyalar insanları birləşdirir və sərhədlər aşır, artıq dünyanı onlarsız təsəvvür etmək mümkün deyil. Buna görə də, kibertəhlükəsizlik ancaq fərdi qurğuların və platformaların qorunmasını deyil, şəbəkəyə çıxışı olan rəqəmsal qurğuların şərtsiz qorunmasını təmin edən ekosistemin yaradılması deməkdir. “Kaspersky Lab” bu dəyişikliklərin mərkəzindədir və sənayenin ən vacib oyunçularından biri olaraq, ümumi gələcəyimizi müəyyən edəcək yeni yüksək standartlara uyğun kibertəhlükəsizliyin inkişafında fəal iştirak edir.

"Biz şirkətin əsasını 22 il öncə qoyduq. O zamandan bəri həm kibertəhdidlərin mənzərəsi, həm də sənayenin özü çox dəyişib. Həyatımızda texnologiyanın rolu sürətlə artır. Bu gün dünyaya yaxşı antivirusdan daha çox şey lazımdır. Rebrendinq bizə bu yeni tələblərə cavab verməyə hazır olduğumuzu bildirməyə kömək edir. Dünyanı kiber təhdidlərdən qoruyan nəailiyyətlərimizdən istifadə edərək, kiber təhlükələrə qarşı davamlı bir dünya qura bilərik. Hər kəsin texnologiyaların imkanlarından istifadə edə biləcəyi bir dünya", – bunu "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperskiy rebrendinqi şərh edərkən deyib.

Rebrendinq çərçivəsində “Kaspersky Lab” əsas dəyərlərini və missiyasını daha yaxşı ifadə etmək üçün vizual stilini yeniləyib. Loqonun üzərində yazılar həndəsi, dəqiq riyazi hərflərlə hazırlanıb - bu, “Kaspersky Lab” şirkətinin başlanma tarixindən indiyə kimi davam edən yüksək mühəndislik ruhu və səviyyəli proqram təminatının yaradılmasını əks etdirir. Həmçinin loqoda “lab” sözü artıq yoxdur.

“Kaspersky Lab” şirkətinin Rusiya üzrə marketinq idarəsinin rəhbəri Oleq Qudilin brendin dəyişilməsi tarixini danışıb:

“Öncəki loqonu 1997-ci ildə yaratmışdıq. O zaman biz yunan əlifbasından və kiçik detallardan istifadə etmişdik. Bir çoxları onu oxumaqda çətinlik çəkirdilər. O zamandan bəri loqo bir neçə dəfə dəyişilsə də, onun əsası toxunulmaz olaraq qalmışdı. Yeni loqomuz həndəsi, dəqiq riyazi rəqəmlər formasında qurulub, onun əsasında isə bizim dəyərlərimizdən biri olan ən yüksək səviyyəli mühəndislik məktəbi əks olunub. Daha bir gözəçarpan yenilik isə “Lab” sözünün olmamasıdır. Həqiqətən də, daha asan, daha qısa və daha aydın oldu.

Daha dərindən təhlil etsək, məqsədimiz - yaşından, biliklərindən və həyat tərzindən asılı olmayaraq, hər kəs üçün texnologiyaları əlçatan və asan etməkdir. Beləliklə, biz yalnız vizual stili dəyişmirik, bu addımla bütün şirkət, məhsullarımız, xidmətlərimiz və dünyagörüşümüz dəyişir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kaspersky yeni brendinq loqosunu təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ