Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 09:04
Bakı. Trend:
İsveçli ekoaktivist Qreta Tunberq BMT-nin Uşaq Fonduna (UNİSEF) 100 min dollar verəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə 17 yaşlı ekoaktivist "CNN" telekanalında yayımlanan videomüraciətində bildirib.
Q.Tunberq bildirib: "Bizdən analiz götürməyiblər, çünki bizdə (İsveçdə - red.) tibbi yardıma ehtiyac olmadığı halda test etmirlər. Əlbətdə onun (koronavirusun - red.) məndə olub-olmadığını bilmirəm. Ancaq mən yenə də təcrid oldum, çünki bunu etmək düzgündür".
İsveçli ekoaktivist qeyd edib ki, onun üçün toplanan 100 min dolları BMT-nin Uşaq Fondunun ehtiyaclarına yönləndirəcək: "Biz COVİD-19 pandemiyası zamanı UNİSEF-i dəstəkləmək üçün yeni kampaniya başlatmışıq. Böhran dövründə həmişə ən həssas olanlar - uşaqlar üçün çətin olur".