Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Windows 10”un 32 bitlik versiyasından imtina etməyə başlayıb

“Microsoft” korporasiyası “Windows 10”un 32 bitlik versiyasından imtina etməyə başlayıb

Tarix: 15 May 2020 14:48

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin 32 bitlik versiyasından imtina edir. “Windows 10” sisteminin 2004 versiyasının buraxılışından başlayaraq, şirkət daha 32 bitlik versiya təklif etməyəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, bu dəyişiklik artıq əməliyyat sisteminin 32 bitlik versiyası quraşdırılmış mövcud kompüterlərə təsir etməyəcək. Bundan başqa, “Microsoft”un rəsmisi bildirib ki, şirkət hələ başqa kanallar vasitəsilə 32 bitlik quraşdırmaları təklif etmək niyyətindədir.

 

Yeni fərdi kompüterlərdə 32 bitlik versiyadan imtina son istehlakçılara elə ciddi təsir etməyəcək. Müasir prosessorlar 64 bitlikdir, 32 bitlik çiplərə və kompüterlərə tələbat, demək olar, mövcud deyil.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Windows 10un bitlik versiyasından imtina etməyə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ