Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

65 yaşdan yuxarı insanların evdən çıxmasına icazə verilir

65 yaşdan yuxarı insanların evdən çıxmasına icazə verilir

Tarix: 15 May 2020 16:21

Bakı. Trend:

18 may 2020-ci il saat 00:00-dan etibarən bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə verilib.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.


Etiketlər:  yaşdan yuxarı insanların evdən çıxmasına icazə verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ