Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 18:06
Baklı. Samir Əli - Trend:
SMS-lə icazə ləğv ediləndən sonra Bakı və Bakıətrafı ərazilərdə polis postlarının ləğv edilməsi və ya azaldılması Daxili İşlər Nazirliyinin (DİN) qərarından asılıdır.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, karantin rejimi ləğv edilməyib və karantin qaydalarına riayət olunmalıdır: "İnsanlar müəyyən standart və zəruri qaydalara əməl etməlidirlər. O ki, qaldı polis postlarının azaldılmasına, buna əməl etmək Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Nazirlik hesab edərsə ki, əhalinin hərəkətinə nəzarət edə bilir, onda yollardakı postların azaldılmasına qərar verə bilər, eyni zamanda, postların sayını artıra bilər. Bu, nazirliyin yumşaldılma prosesindən sonrakı qərarından və gəldiyi qənaətdən asılı olacaq".