Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda polis postları azaldılacaq? - Operativ Qərargah açıqladı

Bakıda polis postları azaldılacaq? - Operativ Qərargah açıqladı

Tarix: 15 May 2020 18:08

SMS-lə icazə ləğv ediləndən sonra Bakı və Bakıətrafı ərazilərdə polis postlarının ləğv edilməsi və ya azaldılması Daxili İşlər Nazirliyinin (DİN) qərarından asılıdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, karantin rejimi ləğv edilməyib və karantin qaydalarına riayət olunmalıdır: "İnsanlar müəyyən standart və zəruri qaydalara əməl etməlidirlər. O ki, qaldı polis postlarının azaldılmasına, buna əməl etmək Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Nazirlik hesab edərsə ki, əhalinin hərəkətinə nəzarət edə bilir, onda yollardakı postların azaldılmasına qərar verə bilər, eyni zamanda, postların sayını artıra bilər. Bu, nazirliyin yumşaldılma prosesindən sonrakı qərarından və gəldiyi qənaətdən asılı olacaq".


Etiketlər:  Bakıda polis postları azaldılacaq Operativ Qərargah açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ