Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“OLED” ekranlı ilk “Sharp” televizorları təqdim olunub

“OLED” ekranlı ilk “Sharp” televizorları təqdim olunub

Tarix: 16 May 2020 07:04

"Sharp" şirkəti Yaponiya bazarında "OLED" ekranla təchiz edilən ilk televizorları rəsmən təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CQ1" seriyasına 55 və 65 düym diaqonallı iki model daxildir. Şirkət onların buraxılacağını bu ilin əvvəlində bəyan edib. Yeni qurğuların başlanğıc qiyməti 2600 dollar təşkil edir.

Məlumata görə, televizorlarda "LG Display" şirkətinin istehsalı olan "4К" təsvir ölçülü "OLED" panellərdən və yeni "Medalist S1" təsvir emalı prosessorundan istifadə olunub. Bir neçə "HDMI 2.0" portuna malik modellər "Android TV" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

"Sharp" televizorların satışının coğrafiyasının genişləndirilməsi planları ilə bağlı açıqlama vermir. Bu barədə ətraflı məlumatın sentyabrda Berlində keçiriləcək "IFA 2020" sərgisində təqdim ediləcəyi gözlənilir. ABŞ bazarı ilə bağlı planların növbəti ilin yanvarında "CES 2021" sərgisində açıqlanması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  OLED ekranlı ilk Sharp televizorları təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ