Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 09:56
Bakı. Nərgiz İsmayılova - Trend:
2020-ci ilin fevral-aprel aylarında “ADY Container” şirkətinin Mərkəzi Asiya və Azərbaycan vasitəsilə hər iki istiqamət üzrə tranzit konteyner daşımalarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.
Bu barədə Trend-ə “ADY Container” MMC-dən bildiriblər.
Hesabat dövründə 4 393 ədəd konteyner daşınıb. 2019-cu ilin fevral-aprel aylarında bu göstərici 3 987 ədədə bərabər olub.
Qeyd edək ki, pandemiyaya baxmayaraq “ADY Container” beynəlxalq (tranzit) yük daşımalarını davam etdirir.
2020-ci ilin birinci rübündə Azərbaycanın dəmir yolları ilə 11 321 konteyner daşıyıb.
Xatırladaq ki, “ADY Container” MMC “Şərq-Qərb”, “Şimal-Cənub” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu beynəlxalq nəqliyyat dəhlizləri ilə yük daşımalarını artırmaq üçün Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, eləcə də Ukrayna, Türkiyə, Rusiya, İran və Hindistan əməkdaşlığı genişləndirir.