Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 10:30
Bakı. Samir Əli - Trend:
Gəncədə “Bazar Store” ticarət mərkəzində fəaliyyətində nöqsan aşkarlanan liftin istismarı qadağan edilib.
Bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin baş məsləhətçisi-baş mütəxəssis Vidadi Bədəlov deyib.
Baş mütəxəssis bildirib ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 87 ünvanında yerləşən “Bazar Store” MMC-yə məxsus mağazada quraşdırılan yük liftində baş vermiş hadisə ilə əlaqədar Agentliyin Qərb regional müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq akt tərtib edilib. Hazırda liftin istismarı dayandırılıb.
Xatırladaq ki, bir-neçə gün öncə adıçəkilən mağazada liftin hərəkətində problem yaranıb. Nəticədə mağazanın satıcısı liftin şaxtasına düşərək xəsarət alıb.