Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 11:08
“Qəbələ”nin və “Astana”nın sabiq baş məşqçisi Roman Qriqorçuk gazeta.ua saytına verdiyi müsahibədə Azərbaycan və Qazaxıstan futbolu barədə fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, hər iki ölkədə futbolun inkişafı və populyarlaşdırılması istiqamətində çox iş görüldüyünü söyləyib: “Amma demək olmaz ki, Azərbaycanda futbol birnömrəli idman növüdür. Ölkədə fərdi növlər, əlbəyəxa idmanlar yaxşı inkişaf edib. Yerli idmançılar beynəlxalq arenada yetərincə uğurlu nəticə göstərib”.
- Azərbaycan və Qazaxıstanda çempionatın səviyyəsi necədir?
- Səviyyəlidir. Əgər “Kayrat”, “Astana”, “Qarabağ”ı götürsək, onların şəraiti idealdır. Onlar Ukraynada medallar uğrunda oynaya bilərlər. Demək olmaz ki, zəif komanda var. Hamısı yaxşı təmin olunub. Komandanı komplekləşdirmək üçün bütün şəraitə malikdirlər. Əgər indiki Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdur. Yalnız “Şaxtyor” və “Dinamo”nu ayıra bilərəm.
- Qazaxıstan və Azərbaycanda oyun üslubu bənzərdir?
- İndi insanlar futbol haqda çox bilirlər. Primitiv futbol oynayan komanda azdır. Hər bir klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Ona görə də futbolun harda zəif olduğundan danışmaz olmaz. Hazırda hər bir komandanın özünün siması, imzası var.
- Yerli komandalara səviyyəli legionerləri dəvət etmək nə dərəcədə alınır?
- Top-futbolçuların transferi çətindir. O, ilk növbədə, hətta maaş az olsa belə, Avropa çempionatlarından gələn təklifi nəzərdən keçirəcək. Üstəgəl uşaq baxçaları və məktəblərlə bağlı fərdi ailə tələbləri də var. Qazaxıstan və Azərbaycanda keyfiyyətli legionerlər oynayır.