Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 14:32
Bakı. Elçin Mehdiyev - Trend:
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üzrə gəlirlərin məbləği açıqlanıb.
Trend-in məlumatına görə, 2019-cu ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri üzrə daxilolmalar 351,2 milyon manat, o cümlədən yol vergisi üzrə 118,9 milyon manat, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi üzrə 6,3 milyon manat, idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu üzrə 192,5 milyon manat, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu üzrə 33,5 milyon manat vəsait daxil olub.
2019-cu ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri üzrə icra tam məbləğdə və ya 302,0 milyon manat təşkil edib ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib.
2019-cu ilin sonuna “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 49,2 milyon manat təşkil edib.