Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailə həyatındakı ünsiyyət problemi

Ailə həyatındakı ünsiyyət problemi

Tarix: 16 May 2020 22:27

Ailədə danışmamaq və ya ünsiyyət problemi ilə daha çox qadınlar qarşılaşsalar da, bəzən bu problem kişilərdən də yan keçmir. Əgər sizin də həyat yoldaşınız evə gələndə danışmamağa üstünlük verirsə və ya sizin verdiyiniz suallara başı ilə cavab verirsə, deməli, siz də bu problemi yaşayanlardansınız.

Bəzi qadınlar danışmağı sevmədikləri üçün həyat yoldaşlarının bu münasibäti onları çox da narahat etmir. Ancaq həyat yoldaşı ilə danışmaq ehtiyacı hiss edən qadınlar üçün bu, çox ciddi bir problemə çevrilir. Xarakter etibarı ilə ünsiyyətə meyilli olan qadınlarda isə bu problem özünü daha kəskin şəkildə büruzə verir.

Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, bu problem təkcə qadınların problemi deyil. Bəzən kişilər də həyat yoldaşları danışmadıqları üçün şikayət edirlər. Təbii ki, bu, ilk növbədə, ailədə tərəflərin təcrid olunmasına gətirib çıxarır. Bu isə evlilikdə ciddi çatların meydana gəlməsi ilə nəticələnir.

Bəs bundan çıxış yolları hansılardır?

Hər şeydən əvvəl problemi tez-tez gündəliyə gətirməməlisiniz. "Heç mənimlə danışmırsan", "Mənimlə yad kimi hərəkət edirsən" kimi cümlələrlə problemin həllini çətinləşdirməməlisiniz.

Digər tərəfdən, bir problemi tez-tez gündəliyə gətirmäklə o problemi adiləşdirdiyinizi də unutmamalısınız. Çünki bu üsulla həyat yoldaşınızı yola gətirə bilməyəcək, əksinə, onda özünümüdafiə instinkti formalaşdıracaqsınız. Ona görə də, həyat yoldaşınızı ittiham etmək əvəzinə öz ehtiyaclarınızdan danışın. Məsələn, "Mənimlə niyə danışmırsan" əvəzinə, "Mənim ünsiyyətə ehtiyacım var" deyin.

Əgər problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa (üstəlik, bütün səylərinə baxmayaraq, problemin qarşısını ala bilmirsə), başqa alternativlər axtarmalısınız. Yox, əgər həyat yoldaşınız sizinlə və ya evliliyinizlə bağlı bir səbəblə danışmırsa, onda səbəbləri bir yerdə araşdırmalısınız. Digər tərəfdən, əgər problem siz düşündüyünüzdän də dərindirsə, bir ailə psixoloquna müraciət edə bilərsiniz.


Etiketlər:  Ailə həyatındakı ünsiyyət problemi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ