Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 23:24
Nəqliyyatda Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Dövlətov Pirşağı dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.
Ətrafda aparılmış tədbirlərlə onun Balaxanı qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.