Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək

İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək

Tarix: 17 May 2020 04:48

Bakı. Trend:

İraq yeni koronavirusun pandemiyası səbəbindən səkkiz günlük komendant saatı tətbiq edilməsini elan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanlı bildirib.

Televiziya stansiyasından verilən məlumata görə, 24 saat ərzində izolyasiya rejimi mayın 22-də başlayacaq və mayın 30-dək davam edəcəkdir. Ramazan bayramını da iraqlılar izolyasiya şəraitində keçirəcəklər.

Hazırda İraqda 3 260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2166 nəfər sağalıb.


Etiketlər:  İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ