Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yeni uzunmüddətli yenidənmaliyyələşdirmə proqramına qərar verdik''

''Yeni uzunmüddətli yenidənmaliyyələşdirmə proqramına qərar verdik''

Tarix: 17 May 2020 22:56

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, bankın Aprel ayı yığıncağının ardından açıqlamalar verib.

Sonxeber.net marja.az-a istinadən bildirir ki, "Yeni uzunmüddətli pandemiya yenidənmaliyyələşdimə proqramına qərar verdik" deyən AMB Sədri, koronavirusa görə təbiq edilən karantinlərin iqtisadiyyatları gerilətdiyini və vəziyyətin qeyri-müəyyən olduğunu söyləyib.

Avro Bölgəsində bu il iqtisadi tənəzzülün 5 ilə 12% arasında dəyişəcəyini söyləyən Laqard, Bankın gördüyü tədbirlərin likvidlik şərtlərini dəstəkləyəcəyini vurğulayıb.

Koronavirusla mübarizə daxilində banklar üçün yenidənmaliyyələşdirmə əməliyyatı açıqlayan AMB, faiz dərəcələrində gözlənildiyi kimi dəyişikliyə getmədi. Bank pul siyasəti faizini 0%-də, marjinal faiz nisbətini 0.25%-də, depozit faizini də mənfi  0.5%-də saxlayıb.


Etiketlər:  Yeni uzunmüddətli yenidənmaliyyələşdirmə proqramına qərar verdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ