Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 11:30
Azərbaycanda ünvanlı dövlət sosial yardımı almaq hüququ verilən kateqoriyaların sayı artırılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.
Bu dəyişikliyə əsasən, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da ailəyə sosial yardım almaq hüququ verəcək.