Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

50 gündən sonra... - FOTOSESSİYA

50 gündən sonra... - FOTOSESSİYA

Tarix: 18 May 2020 14:38

Xəbər verdiyimiz kimi, bu gündən etibarən restoran, kafe, çay evləri, eləcə də bütün ictimai iaşə məkanlarının fəaliyyətinə saat 08:00-dan 18:00-dək icazə verilib. Yeni qaydalara əsasən, restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalararası məsafə 1,5 metrdən çox olmalıdır.

Müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir. Eləcə də, boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.

Gəlinən qənaətə görə, bir neçə obyektdə qaydalara əməl edilmir və ya obyekt sahibləri, ümumiyyətlə, qaydalardan xəbərsizdir. Bəzi iaşə obyektinin əməkdaşları əsas qaydalardan olan maska və əlcəkdən belə istifadə etmir. Bundan başqa, masalar arasında nəzərdə tutulmuş məsafəyə də diqqət edilməyib. 

Xatırladaq ki, ictimai iaşə obyektlərində 29 mart saat 00:00-dan müştərilərə yerində xidmət dayandırılmışdı. 

Milli.Az qafqazinfo-ya istinadən ictimai iaşə məkanlarının fəaliyyətini əks etdirən fotosessiyanı təqdim edir:

Milli.Az


Etiketlər:  gündən sonra FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ