Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 15:51
Bakı. Elçin Mehdiyev – Trend:
İnzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyac duyan əlilliyi olan şəxslər bəzi xidmətlərlə təmin olunacaqlar.
Trend-in məlumatına görə, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "İnzibati icraat haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər. Bu halda ixtisaslaşmış vasitəçilər bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunurlar.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.