Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 15:52
"Barselona" "İnter" hücumçusu Lautaro Martinesin transferi üçün danışıqlara başlamazdan əvvəl "Tottenhen"im futbolçusu Harri Keynlə maraqlanıb.
Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi 26 yaşlı hücumçunu almaq istəyib. Ancaq "Barsa"nın İngiltərə klubu ilə danışıqları çox irəliləyə bilməyib.
Bunda sonra La Liqa təmsilçisi Martinesin transferi ilə bağlı çalışmalara başlayıb.
Qeyd edək ki, "Barselona" mayın sonuna kimi 60 milyon avroya Lautaronun trasnferini bitirməyi planlaşdırır.