Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyl son sözünü dedi - Gedir, yoxsa qalır?

Beyl son sözünü dedi - Gedir, yoxsa qalır?

Tarix: 8 Iyun 2019 15:32

Qaret Beyl "Real"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə son nöqtəni qoyub.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, uelsli futbolçu klub rəhbərliyi ilə şəxsi görüşündə bu yay komandanı tərk etmək barədə düşünmədiyini bildirib. Təcrübəli futbolçu bu səbəbdən digər təklifləri dəyərləndirməyəcəyini də rəhbərliyin nəzərinə çatdırıb.

Hazırda Beylə görə təklif almayan "Real" rəhbərliyi başa düşür ki, baş məşqçi Zinəddin Zidanın səylərinə baxmayaraq, yarımmüdafiəçini satmaq çox çətin olacaq.

Qeyd edək ki, Beyl komandanın yeni mövsüm üçün forma tanıtımında da iştirak edib.

 


Etiketlər:  Beyl sözünü dedi Gedir yoxsa qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ