Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya qurumu qeydiyyatından keçib

Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya qurumu qeydiyyatından keçib

Tarix: 20 May 2020 19:24

2020-ci il mayın 1-inədək Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Milli.Az-a verilən məlumata görə, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.

Hesabata əsasən, 2020-cu ilin yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv olunan xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.

Milli.Az


Etiketlər:  Azərbaycanda 15 min 257 xarici investisiyalı kommersiya qurumu qeydiyyatından keçib


RƏYLƏR