Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur və simptomsuz keçirir

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur və simptomsuz keçirir

Tarix: 20 May 2020 23:51

Türkiyənin Diyarbəkir şəhərində yerləşən Dəclə Universitetinin həkimi Velat Şen uşaqlarda koronavirusa yoluxma barədə müşahidə etdiklərini bölüşüb.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, o bildirib ki, Diyarbəkirdə bu zamana qədər koronavirusa yoluxan 30 uşağı müalicə edib. Xüsusilə, şəkər, ürək xəstəlikləri olanların xəstəxanada müalicə edilməsi lazımdır.

Koronavirus yayılmağa başladığı zaman virusun uşaqlara zəif təsir etməsi ilə bağlı fikirlər var idi. Təəssüf ki, bu səbəbdən uşaqları çox qorumadıq. Lakin sonradan bildik ki, koronavirusu uşaqlar daha ağıq keçirə bilər. Buna görə də, xüsusilə indiki mərhələdə yüksək hərarət, davamlı öskürək, şiddətli qarın ağrısı, orqanizmdə baş verən ümumi dəyişikliklər zamanı koronavirusdan şübhələnirik və buna uyğun olaraq müalicəyə başlayırıq:

"Uşaqlarda yoluxmanın 90%-i ev daxilində təmasdan qaynaqlanır. Bu zamana qədər ən kiçiyi üç aylıq olmaqla yanaşı, yeddi, on, on bir aylıq xəstələrimiz də olub. Üç aydan 18 yaşa qədər xəstələrimizi stasionar şəraitdə müalicə etmişik".


Etiketlər:  Uşaqların faizi koronavirusa evdə yoluxur simptomsuz keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ