Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 07:04
"SD Association" təşkilatı "SD Express" yaddaş kartlarında 4 Qbit/saniyə maksimal məlumat ötürmə sürətini təmin edən "PCIe 4.0" interfeysindən istifadənin yer aldığı "SD 8.0" spesifikasiyasını təqdim edib. Bu tamölçülü kartlar tərəfindən yaddaşa daxil olmaq üçün genişləndirilmiş mexanizm təqdim edən yüksək səviyyəli "NVMe" protokolundan istifadə davam etdirilir. Əvvəlki kartlar kimi, "SD 8.0" spesifikasiyasına uyğun "SD Express" yaddaş kartları əks-uyğunluğu qoruyub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yüksəksürətli "SD Express" kartları iritutumlu məlumatların generasiya edildiyi yaddaş kartlarının tətbiq olunduğu müxtəlif sahələrdə yeni imkanlar açır.
"SD Express" müvafiq olaraq "PCI-SIG" və "NVM Express" tərəfindən müəyyənləşdirilən məlum "PCIe 4.0" və ən yeni "NVMe" spesifikasiyalarından (1.4-dək) istifadə edir. "SD 8.0" spesifikasiyası "SD Express" yaddaş kartları üçün iki məlumat ötürmə funksiyası təqdim edir. İki məlumat ötürmə sürətinə ~ 2 Qbit/saniyə sürətli "PCIe 3.0 x2" və ya "PCIe 4.0 x1" arxitekturaları və 4 Qbit/saniyə sürətli "PCIe 4.0 x2" texnologiyalarının dəstəklənməsi sayəsində nail olunur. "PCIe 4.0 x1" arxitekturalı "SD Express" kartları "SD 7.0" spesifikasiya kartları üçün müəyyənləşdirən eyni form-faktordan istifadə edir. İki "PCIe" (PCIe 3.0 x2 və ya PCIe 4.0 x2) xəttini dəstəkləyən "SD Express" kartları üç kontakt sırasına malikdir.