Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nahyandan Prezident İlham Əliyevə məktub ünvanlayıb

BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nahyandan Prezident İlham Əliyevə məktub ünvanlayıb

Tarix: 21 May 2020 15:06

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyandan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Etiketlər:  BƏƏ Prezidenti Xəlifə Zayed Nahyandan Prezident İlham Əliyevə məktub ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ