Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:09
Bakı. İlhamə İsabalayeva – Trend:
Ötən müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq fəaliyyətini xüsusi rejimdə davam etdirir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində nazirliyin çoxsaylı kollektivində bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.