Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan növbəti yenilik - əlavə əvəzetmə

UEFA-dan növbəti yenilik - əlavə əvəzetmə

Tarix: 9 Iyun 2019 19:48

UEFA növbəti qayda dəyişikliyinə hazırlaşır.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, qitə futbol qurumu beyin sarsıntısı keçirən futbolçuların meydana qayıtmaması üçün əlavə əvəzetməyə icazə verə bilər. Bu barədə UEFA-nın prezidenti Alksandr Çeferin məlumat verib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la oyununda sözügedən halla üzləşən "Tottenhem"in müdafiəçisi Yan Vertongeni gördükdən sonra bu fikrə düşdüklərini bildirib:

"Ona nəsə olacağından çox qorxdum. Çünki meydana geri dönərkən özünü yaxşı hiss etmədiyi aşkar görünürdü. Vertongen həmin vaxt ölə bilərdi. Bununla bağlı qaydada dəyişiklik etmək üçün FİFA rəsmiləri ilə görüşəcəyik. Onlar da bu problemi həll etməyə çalışırlar. Oyunçulara nəsə olsa, ömür boyu peşmançılıq çəkərik. Hansı futbolçunun köməyə ehtiyacı varsa, dərhal ona yardım etməliyik. Qayda dəyişikliyi oyuna təsir etməyəcək".

Qeyd edək ki, dəyişikliyin 2021-ci ilədək qüvvəyə minəcəyi gözlənilir.
 


Etiketlər:  UEFA növbəti yenilik əlavə əvəzetmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ