Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 10:52
Bakı. Trend:
Moskvada “Lefortovo” təcridxanasında saxlanan rusiyalı milyarder Dmitri Mixalçenko koronavirusa yoluxub.
Trend-in məlumatına görə, onunla yanaşı digər saxlanan şəxslərin də koronavirus testləri müsbət nəticə verib.
Daha əvvəl D.Mixalçenko ilə eyni kamerada qalan Ziyavudin Maqomedovun virusa yoluxduğu bildirilib. Bundan başqa, Andreya Kaminov da koronavirusa yoluxub.
Qeyd edək ki, A.Kaminov və D.Mixalçenko Novo-Oqaryovodas prezidentlər evinin tikintisi zamanı böyük məbləğdə mənimsəmədə ittiham olunub. Z.Maqomedov və böyük qardaşı Maqomed Maqomedov isə 2018-ci ilin mart ayında cinayətkar dəstə təşkil etmək ittihamı ilə həbs ediliblər.