Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 13:56
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 1 869 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 133 521 nəfərə çatıb, 2 633 nəfərin vəziyyəti ağırdır.
Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 59 nəfər koronavirusdan ölüb. Bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 7 359 nəfərə yüksəlib.
Nazirlik rəsmisi qeyd edib ki, indiyədək İranda 104 072 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 781 mindən çox test həyata keçirilib.
Cahanpur deyib ki, ötən 14 vilayətində ölüm halı qeydə alınmayıb, 6 vilayətin hər birində isə 1 ölüm halı qeydə alınıb.