Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 14:14
İspaniya millisinin məşhur fanatı Manuel Kaseres barabanını satır.
Qol.az AFR-ə istinadən xəbər verir ki, millinin əksər böyük yarışlarını tribunadan izləyən 71 yaşlı azarkeşin koronavirus pandemiyasından sonra maddi durumu pisləşib. Bu səbəbdən o, atributu hərraca çıxarıb.
“Digər ispanlar kimi, mənim üçün də çətin günlər başlayıb. İnsanlar əvvəllər tez-tez bu barabanı almaqla bağlı mənə müraciət edirdilər. Amma həmişə deyirdim ki, onu satmayacağam. İndi isə bunu etmək məcburiyyətindəyəm” – deyə o bildirib.
Qeyd edək ki, Kaseres DÇ-1982-ci ildən tanınmağa başlayıb. O, indiyədək 10 dünya və 7 Avropa çempionatını canlı izləyib.