Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 20:44
Bakı. Trend:
Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirus infeksiyasının yeni hallarının sayında artım qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında deyilib.
Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının dadaxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.
Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.