Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 11:39
Bakı. Ceyhun Ələkbərov - Trend:
Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri vəziyyəti ağır olduğuna görə Bakıya göndərilib.
Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirib ki, həmin şəxslər ilkin tibbi yardımdan sonra, qəza baş verən günü evə buraxılıb:
"Hazırda qəzada yaralanan 3 nəfər şəxsin xəstəxanada müalicəsi davam edilir. Onların vəziyyəti orta ağır hesab olunur. 2015-ci il təvəllüdlü Məmmədli Sədcadın vəziyyəti ağır hesab edildiyinə görə Bakıya göndərilib".
Xatırladaq ki, Mingəçevir şəhərində baş vermiş qəzada 13 nəfər xəsarət alıb. Onlardan 9-nun azyaşlı olduğu deyilirdi.