Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - FOTO - VİDEO

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - FOTO - VİDEO

Tarix: 25 May 2020 17:48

Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri" və "Ən yaxşı kəşfiyyat qrupu" adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Milli.Az


Etiketlər:  Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib FOTO VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ