Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb

Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb

Tarix: 26 May 2020 11:20

Bakı. Trend:

Moldova mayın 26-dan başlayaraq beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağanı aradan qaldırıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə Milli Komissiyasının qərarını baş nazir İon Kiku öz “Facebook” səhifəsində yerləşdirib.

Qeyd olunur ki, daşımalar zamanı infeksiya ilə mübarizə və profilaktika tədbirlərinə ciddi riayət edilməlidir. Sərnişinlər qatar və avtobusa minməzdən əvvəl onların temperaturu yoxlanacaq.

Eyni zamanda Moldovada iyunun 30-dək əcnəbi vətəndaşların ölkəyə girişinə qoyulan qadağa qərarı qüvvədə qalıb.

Ölkədə həmin tarixədək fövqəladə vəziyyət elan edilib.


Etiketlər:  Moldovada beynəlxalq avtobus dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ