Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 14:40
Bakı. Trend:
Koronavirus pandemiyası ilə əlaqədar ABŞ Əfqanıstandakı qoşunların sayını vaxtından əvvəl azaldacaq.
Trend-in məlumatına görə, iyunun əvvəlinədək qoşunların sayının 8,6 minədək azaldılması planlaşdırılır.
Qeyd edək ki, fevralın 29-da Qətərdə ABŞ və “Taliban” arasında əldə olunan razılaşmaya əsasən, iyulun əvvəlinədək Vaşinqton Əfqanıstandakı qoşunlarını 12-13 min nəfərdən 8,6 minədək azaltmalı idi.
Pandemiya nəticəsində həmin müddət irəli çəkilib.
Sazişə əsasən, ABŞ və koalisiya qüvvələri 2021-ci ilin mayınadək qoşunları Əfqanıstandan tamamilə çıxaracaq.