Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 21:30
İngiltərədə alimlər koronavirusa yoluxmuş insanların DNT-sini analiz edib və bu nəticəyə gəlib ki, "qüsurlu gen"ləri olan xəstələrdə bu infeksiya daha çox ağırlaşmalara səbəb olur.
Sonxeber.net xəbər verir ki, tədqiqatda 48 yaşdan 60 yaşa qədər 40 min insan iştirak edib. Gen daşıyıcılarının yaşlı olması vacib deyil. Demans yaşla ortaya çıxa bilər, ancaq "qüsurlu gen" vücudu yeni bir infeksiyaya həssas hala gətirir. Alimlər qocalar evlərində koronavirusdan yüksək ölüm faizinin səbəbini də bununla izah edib.
Daily Mail xəbər verir ki, İngiltərədə COVID-19-dan ölən hər beş nəfərdən biri də Alzheymer xəstəliyinin ən geniş yayılmış forması olan demansdan əziyyət çəkib. Odur ki, genlərdə olan problemlər koronavirusdan ölüm riskini ikiqat artırır.
"Bu araşdırma göstərir ki, risk faktorları əsas genetik dəyişikliyə görə artır" , - deyə professor David Melzer əlavə edib.
Alimlər ümid edirlər ki, onların kəşfi bu kateqoriyalı xəstələrin müalicəsi üçün bir yol tapmağa kömək edəcək. (publika.az)