Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevir sakini dostunun evində ölü tapıldı

Mingəçevir sakini dostunun evində ölü tapıldı

Tarix: 28 May 2020 10:12

Mingəçevir sakini mənzildə ölü vəziyyətdə tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev küçəsi, ev 41 ünvanında qeydə alınıb. 

Süleyman adlı şəxsin meyiti dostunun mənzilində aşkar olunub. Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil. Meyit məhkəmə tibbi ekspertizasına təhvil verilib. 

İlkin məlumata görə, ölən şəxs Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevir sakini dostunun evində ölü tapıldı


RƏYLƏR