Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 15:26
15:24
Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb.
Sonxeber.net APA-ya istinadən bildiir ki, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.
Mirhüseyn Nağıyev "Bizim vətən" ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.
Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.
-------
11:07
Şirvan şəhərində jurnalist həyat yoldaşına qarşı zorakılıq edib.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, Azərbaycan Xalq hərəkatının Şirvan təşkilatının sədri Mirhüseyn Ayşən adlı xanımının çalışdığı telefon mağazasına gələrək, onu hamının gözü qarşısında vəhşicəsinə döyüb.
Mirhüseyn adlı bu şəxsin həyat yoldaşına qarşı etdiyi bu zorakılıq qısqanclıq zəmnində olub. Beləki o, həyat yoldaşının mağazanın sahibi ilə gizlin görüşdüyünü iddia edib.
Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət arasında narazılıqla qarşılanıb.
Qeyd edək ki, jurnalist bir neçə il əvvəl başqa qadınla evli olduğuna baxmayaraq, o zaman ailəli olan Ayşəni qaçırdıb. Verilən məlumata görə, qadın onun birinci həyat yoldaşının qohumudur.
Video və məlumat @ xeberizle "İnstagram" səhifəsində yayımlanıb.