Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 17:09
Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:
"Əziz xalqım!
28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün münasibəti ilə dünya Azərbaycanlılarını təbrik edirəm. 102 il bundan öncə əldə etdiyimiz böyük və tarixi uğuru bu gün də fəxarətlə qeyd edə bilmək qüdrətli Azərbaycanımızın tarixi səlnaməsidir!
Xalqımızın əmin-amanlıq , sülh, barış içində yaşamasını diləyir, torpaqlarımızı yaxın zamanda düşmən işğalından azad edəcəyimiz günə inamla addımladığımızı unutmamağı arzu edirəm.
Azərbaycan xalqı həqiqətən xoşbəxt bir xalqdır. Çünki tarixin hər dövründə tarixi liderləri, mərd sərkərdələri olmuş və cəsarətli addımlar atacaq İlham Əliyev kimi vətən sevgisi ilə xalqına bağlı dövlət başçısı var.
Atalarımız "son gülən yaxşı gülər" deyiblər. Əminəm ki, Azərbaycan tezliklə işğalçı Ermənistanın məkirli siyasətinə son qoyacaq. Çünki bizim Vətənimizi və dövlətimizi müdfiə edən İlham Əliyev kimi liderimiz, mədəniyyətimizin, adət-ənənələrimizin qorunmasında əlindən gələni əsirgəməyən cəfakeş xanım Mehriban Əliyeva kimi şəxsiyyətlərimiz var".