Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda ağır qəza - Ölənlər var

Sumqayıtda ağır qəza - Ölənlər var

Tarix: 30 May 2020 09:51

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Sumqayıtda ağır qəza Ölənlər var


RƏYLƏR