Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 10:35
Xalq artisti Brilliant Dadaşovanın bu gün evliliyinin 32 ili tamam olur.
Sonxeber.net xəbər verir ki, bu barədə Xalq artisti özü məlumat verib.
Brilliant Dadaşova 32 il əvvəl baş tutan toyundan kadrları sosial şəbəkə hesabından paylaşıb. O, paylaşımına "30 May 1988 - Bu gün evliliyimizin 32 ili tamam olur. Hamı elə bilir ki, bu illər ərzində Ədalət mənim kaprizlərimə dözüb, amma bizi yaxından tanıyanlar yaxşı bilirlər ki, əksinə onun xasiyyəti daha çətindir. Dostlarımızla bölüşmək istədim. Burada kimlər var... Fani dünya... Kimlər gəldi, kimlər getdi bu dünyadan" şərhini yazıb.
Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşovann Ədalət Hacıyevlə evliliyindən Cahad adlı bir övladı var.
Məhəmməd Vaqif