Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriya hökuməti ''Formula-1''in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

Avstriya hökuməti ''Formula-1''in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

Tarix: 30 May 2020 19:48

Avstriya hökuməti iyul ayında "Formula 1"-in mövsüm açılış yarışlarına ev sahibliyini təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yarışlar 5-12 iyul tarixində Spielberqdəki "Red Bull" halqasında bağlı qapılar arxasında tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, 2020-ci il "Formula1" mövsümü mart ayında Avstraliyada başlamalı idi, ancaq koronavirus pandemiyası bu yarışın təxirə salınmasına səbəb olub.

Avstriya yarışları uğurla keçərsə, F1 mövsümü 19 iyulda Macarıstanın Budapeşt şəhərində davam edə bilər.


Etiketlər:  Avstriya hökuməti Formula mövsüm açılışına sahibliyini təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ