Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 13:18
İngiltərə Premyer Liqasının bütün futbolçuları və texniki heyəti mayın 28 və 29-da koronavirus testindən keçiblər.
Qol.az-ın xəbərinə görə, bu haqda liqanın saytı məlumat yayıb. Dördüncü dəfə məcburi aparılan bu testə 1130 futbolçu və klub əməkdaşı cəlb edilib. Testin nəticəsi bir nəfərdə də olsa, koronavirus aşkarlamayıb.
Qeyd edək ki, daha öncə keçirilən testlərdə ümumən 12 cavab müsbət olmuşdu.
Xatırladaq ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının iyunun 17-də bərpası nəzərdə tutulur.