Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir

Tarix: 31 May 2020 16:56

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Etiketlər:  Ünvanlı sosial yardımın verilmə müddəti ilə endirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ