Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çempionatın bərpasına görə risklərin olduğunu başa düşməliyik” – Elxan Məmmədov

“Çempionatın bərpasına görə risklərin olduğunu başa düşməliyik” – Elxan Məmmədov

Tarix: 1 Iyun 2020 10:30

"Artıq mart ayında Avropa çempionatının 2020-ci ildə baş tutmayacağı bəlli oldu. Hazırlıq plana uyğun gedirdi və üç mərhələdən ibarət idi. Birinci planlaşdırma mərhələsidir. İkinci mərhələ planların həyata keçirilməsi, üçüncü isə Avro-2020-nin başlanğıcıdır".

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Matç TV"yə açıqlamasında deyib.

Avro-2020-yə hazırlıq barədə danışan federasiya rəsmisi birinci mərhələni bitirdikdən sonra dünyada yayılan koronavirus pandemiyasına görə işlərin dayandırıldığını bildirib: "Bizim güclü tərəflərimizdən biri stadionun hazır olması idi. Əlavə sərmayəyə ehtiyac yoxdur və hər şey plan üzrə getdi. 2021-ci ilin iyununda stadionda böyük tədbirlər planlaşdırılmadı. Tədbirlərimizin çoxunu daxili qurğularda keçirdik. Məqsəd bu gözəl ot örtüyünü qorumaqdır".

Elxan Məmmədov Azərbaycan Premyer Liqasının bərpası barədə də danışıb: “Klubların testdən keçirilməsi təklifi AFFA-dan gəldi. Bütün klublar razılaşdı və müvafiq testləri həyata keçirdilər. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, ilk növbədə, klubların məşqə başlamaları lazımdır. Bundan 3-4 həftə sonra isə çempionat bərpa olunmalıdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini dinləyir və yerinə yetiririk. Çünki hər hansı neqativ nəticənin olmasını istəmirik. Təkcə AFFA yox, bütün strukturlar, fəaliyyət sahələri tövsiyələrə qulaq asmalı və sonra müvafiq qərarlar qəbul etməlidir".


 


Etiketlər:  Çempionatın bərpasına görə risklərin olduğunu başa düşməliyik Elxan Məmmədov


RƏYLƏR